Bu dairələrdə ciddi mübarizə olacaq – Siyasi texnoloq seçki yarışından danışır – VİDEO

“Bəzi dairələrdə ciddi mübarizənin olacağı istisna edilmir”

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatı və rəqabət mühitinin necə formalaşacağı ilə bağlı fikirlərini səsləndirən siyasi texnoloqu Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, hazırda namizədlərin imza toplama və namizədliklərinin qeydə alınması prosesi gedir.

“Müşahidələrimiz və əvvəlki seçki təcrübəsi deməyə əsas verir ki, indiki seçkilər əvvəlkilərdən fərqlənməyəcək. Arzu etdiyimiz rəqabət mühitinin formalaşacağı gözlənilmir. Bunun isə başlıca səbəbi siyasi texnoloqlara müraciətin olmamasıdır. Bəzi dairələrdə ciddi mübarizənin olacağı istisna edilmir”, – deyə siyasi texnoloq qeyd edib.

Ətraflı videonu təqdim edirik:

Nəsimi Ələsgərli
Samir Məcidov
Məsimə Məmmədova

COP29