!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu dairənin nəticələri ləğv edilir

!Reklam – Yazi

Seçici səslərinin 87 faizinin sayılmasından sonra 47,1 faiz səslə 33 saylı Xətai birinci seçki dairəsində liderlik edən Hüseynbala Mirələmovun qələbəsi tanınmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Axar.az-ın əldə etdiyi məlumatda bildirilib.

33 saylı Xətai birinci seçki dairəsinin 39 məntəqəsi var. Məlumata görə, bu dairə üzrə daxil olan bütün müraciət və şikayətləri birbaşa MSK araşdırır.

Məlumata görə, Mərkəzi Seçki Komissiyasına edilən müraciətlərin bir çoxu artıq təsdiqini tapıb. Buna görə də 33 saylı Xətai birinci seçki dairəsinin nəticələri ləğv ediləcək.

Məlumatla bağlı saytımıza danışan Hüseynbala Mirələmov bəzi məntəqələrdə seçkilərin nəticələrinin ləğv ediləcəyini istisna etməyib:

“MSK-dan bizə yekun nəticələrin axşam saatlarında açıqlanacağı deyilib”.

Xatırladaq ki, 4 ay sonra 75 yaşını qeyd edəcək H.Mirələmov 2005-ci ildən indiyədək 3 dəfə ardıcıl bu dairədən deputat seçilib.

www.yenicag.az

3741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv