Bu dəfə işıq dirəyi maşının üstünə düşdü – FOTO

Bakıda güclü külək daha bir fəsada səbəb olub.

Yenicag.az-ın verdiyi xəbərə görə, hadisə bir neçə saat əvvəl Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

İşıq dirəyi aşaraq hərəkətdə olan yük maşının üzərinə düşüb. Maşının yük yeri hissəsi sınaraq sıradan çıxıb, idarəetməni itirən maşın solundakı avtomobilə çırpılıb./Qafqazinfo/