Bu dəfə qaçqınlara Avstraliya rəhm etdi

54444Daha bir ölkə suriyalı qaçqın böhranını tənzimləmək üçün yardım əlini uzadıb. Avstraliyanın baş naziri Toni Ebbot ölkəsinin suriyalı qaçqın böhranına öz töhfəsini vermək üçün daha artıq addımlar atmağa hazır olduğunu bəyan edib.

“Avstraliyanın immiqrasiya naziri Piter Datton bu gün axşam Cenevrəyə uçacaq və BMT-nin qaçqınlar üzrə ali komissarı ilə Avstraliyanın daha nələri edə biləcəyinə dair müzakirələr aparacaq. Avstraliya ötən ilin iyulundan bu ilin iyununa kimi Suriya və İraqdan 4400 qaçqına sığınacaq verib”,- deyə Avstraliya baş naziri bildirib.

Toni Ebbot Avstraliyanın bundan sonra nə qədər qaçqını qəbul edə biləcəyinə dair dəqiq rəqəm söyləməyib.