!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu dərmanların satışı qadağan edilir

!Reklam – Yazi

02c1bb1145372d4eafc62a50cab0b22cAzərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışı və yaxud tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışı qadağan edilir. Dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının nümayəndələri qarşısında yeni öhdəlik qoyulur.

Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Qanunun 4-cü (Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları) maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə əsasən görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə ediləcək əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv