!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu dəyişikliklər Heydər Əliyev Fondunun təhsil sektorunda göstərdiyi xidmətlərin bariz nümunəsidir" - RƏY

!Reklam – Yazi

“Məktəblərin yenilənməsi ilə yanaşı, onların maddi-texniki bazasının təminatı ilə bağlı da ciddi işlər görülüb”.

Bu sözləri Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işləri qiymətləndirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, ölkədə ümumtəhsil müəssisələrinin infrastrukturunun qurulması ilə bağlı böyük işlər həyata keçirilib:

“Bu işlər, əsasən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fonduna rəhbər təyin olunmasından sonra baş tutub. Tarixə nəzər salsaq, Azərbaycanda ümumtəhsil məktəblərin tikintisinin üç dövrü var. 1972-ci ildə SSRİ-nin təhsil naziri Purakyev kənd və rayon məktəblərinin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı qərar qəbul etmişdi. O zaman Azərbaycanda təxmini 600 məktəbin tikintisi gözlənilirdi. Lakin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycana ayrılan məktəblərin sayı 50 faizə qədər artırıldı. Nəticədə 1972-ci ildə ölkədəki tikilən məktəblərin sayı təxminən 1000-ə çatdırıldı.

İkinci dövr Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2005-2011-ci illəri əhatə edir. Ölkədə təxminən 300-ə yaxın məktəb tam yenidən tikildi və ya əsaslı şəkildə təmir olundu. Həmin məktəblər müasir tələblərə cavab verir. 2014-2015-ci illərdə dünya iqtisadi böhranı ilə bağlı müəyyən tikintilər bir qədər zəifləsə də, 2015-ci ildən Azərbaycanda modul tipli məktəblərin tikilməsinə başlandı.

2018-ci ildən etibarən ölkədə məktəb tikintisinin yeni dalğası baş tutdu. Hazırda ölkədə 4432 ümumitəhsil məktəbi var. Bu məktəblərdən 3800-ü yenilənib. Bütün bu dəyişikliklər Heydər Əliyev Fondunun təhsil sektorunda göstərdiyi xidmətlərin bariz nümunəsidir. Məktəblərin yenilənməsi ilə yanaşı, onların maddi-texniki bazasının təminatı ilə bağlı da ciddi işlər görülüb. Ölkə başçısının qərarı ilə kiril əlifbası ilə olan dünya uşaq ədəbiyyatına və digər sahələrə məxsus mühüm kitablar latın qrafikası ilə çap olundu və ümumtəhsil müəssisələrinin kitabxanalarına göndərildi. Bu, böyük addımdır. Ümumilikdə, hər il təhsil sektorunu əhatə edən xüsusi dövlət proqramları təşkil olunur”.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Gülşən Şərif

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv