Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Eldar Məmmədov vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, şirkətə rəhbərlik Məhəmməd Musayevə həvalə olunub.
Xatırladaq ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 271,1 milyon manatdır.