!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu dövlətin qurucuları hələ ölməyib ki, kimsə onun adını dəyişdirməyi təklif etsin” – Keçmiş nazirdən SƏRT REAKSİYA

!Reklam – Yazi

“Baxın bunlar heç Güney Azərbaycana uyğun qaydada “Quzey Azərbaycan” yox, “Şimali Azərbaycan” adını təklif edirlər”.

Bu fikirləri Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin ölkənin adnın Şimali Azərbaycan olaraq dəyişdirilməsi təklifinə münasibət bildirən keçmiş təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Sabiq nazir ölkənin adının dəyişdirilməsinə ehtiyac olmadığını vurğulayıb:

“Kimlərsə tərəfindən belə təkliflərin irəli sürülməsi gülüncdür. Əvvəla, bu dövlətin qurucuları arasında dünyasını dəyişənlər olsa da, yaşayanlar da var və onlardan biri mənəm. Bu dövlətin qurucuları hələ ölməyib ki, kimsə onun adını dəyişdirməyi təklif etsin.

Yaxşı, təklif edirsənsə, tarixçilərlə, ağsaqqallarla, bu dövləti quranlarla məsləhətləş, gör bunu demək olar, ya yox. Yoxsa bu qaydada durub dövlətin adını dəyişdirməyi təklif etmək tərbiyəsizlikdir, tarixdən xəbərsizlikdir. Digər tərəfdən, “şimali” sözünü dövlətin adına yamamaqla dilimizi ərəb-fars sözləri ilə bir az da zibilləməyə çalışırlar.

Deyim ki, müstəqilliyin bərpası prosesində də dövlətin başqa adla elan olunmasını təklif edənlər vardı. O vaxt da buna ehtiyac olmadığını izah edirdik. Bu gün biri “şimali” Azərbaycan təklif edir, sabah da bir başqası durub deyəcək ki, ölkəni “Şimali Atropatena” adlandıraq. Olmaz belə. Baxın bunlar heç Güney Azərbaycana uyğun qaydada “Quzey Azərbaycan” yox, “Şimali Azərbaycan” adını təklif edirlər.

O adamlara tövsiyəm budur ki, başınızdan yuxarı atlanmayın, ad dəyişmək sizin həddiniz deyil, gedin öz işinizlə məşğul olun. Ümumiyyətlə, ölkənin adını dəyişdirməyə ehtiyac yoxdur”.

A.Zeynalov

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv