Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu ədviyyat yaddaşı yaxşılaşdırır 

Darçın ən tanınmış və faydalı ədviyyatlardan biridir. Darçının bir çox möhtəşəm xüsusiyyətləri var.

Yenicag.az xəbər verir ki, Amerika alimlərinin son araşdırması darçının yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdıran xüsusiyyətini aşkar ediblər. Bu səbəbdən mütəxəssislər darçını tələbə və şagirdlər üçün xüsusilə faydalı hesab edir və ədviyyatı onlar üçün hazırlanan desertlər və digər qidalara əlavə etməyi tövsiyə edirlər.

Bundan əlavə darçın qanda şəkərin səviyyəsini tənzimləməyə və arıqlamağa kömək edir.

1 stəkan qatığa 1/3 çay qaşığı darçın əlavə edin, qarışdırın və gündə 1 dəfə yeməkdən əvvəl için. Bu vasitə daha tez arıqlamağa kömək edəcək.

Alimlər darçını yağlı qidalara əlavə etməyi tövsiyə edir ki, bu piylərin parçalanmasını sürətləndirir.

Alimlər toz şəklində deyil, borucuqlar şəklində olan darçından istifadə etməyi tövsiyə edirlər. İstifadə etdikdən əvvəl borucuğu üyüdün və qidalara, içikilərə və s. əlavə edin.

www.yenicag.az

274
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100