!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, əhalinin tələbatına mənfi təsir göstərə bilər" - İqtisadçıdan PROQNOZ

!Reklam – Yazi

“Məhdudiyyətlər sırf valyutanın ölkədən çıxışına və kapital axınının bloklanmasına qarşı istiqamətlənməlidir”.

Artıq uzun müddətdir ki, banklar dolların satışına məhdudiyyət tətbiq edib. Bu vəziyyət isə vətəndaşların müəyyən problemlərlə üzləşməsinə yol açır.

Qeyri-rəsmi şəkildə tətbiq olunan qadağanın əsas səbəbləri ilə bağlı İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Professor bildirib ki, ictimaiyyətin qıcıqlanmasına səbəb olacaq xırda valyuta ticarətinin məhdudlaşdırılması doğru yanaşma deyil:

“Əslində Mərkəzi Bank tərəfindən valyuta əməliyyatlarının müəyyən məhdudiyyətlərlə tətbiq olunması məqsədəuyğundur. Bu, effektiv idarəetmə mexanizmlərindən biridir və beynəlxalq təcrübədə geniş istifadə olunur. Lakin əsas məqam ondan ibarətdir ki, bu addım cari valyuta əməliyyatlarına şamil olunmamalıdır. Əgər şəxs xaricə səfər etmək istəyirsə və ya xaricdən hansısa məhsulların idxal olunması üçün valyuta əldə etmək istəyirsə, bu halda valyuta məhdudiyyətlərinin tətbiqi yolverilməzdir. Çünki bu addım əhalinin real tələbatına və biznesin fəaliyyətinə mənfi təsir göstərə bilər”.

Elşad Məmmədov vurğulayıb ki, Mərkəzi Bank valyuta ticarəti ilə bağlı siyasətini açıq şəkildə ictimaiyyətə bildirməlidir:

“Ölkədən çıxan kapital axınının qarşısı alınmalıdır. Lakin atılan addım valyuta bazarının çalxalanmasına və qeyri-sabitliyin formalaşmasına mane olmalıdır. İnsanların valyuta alışına məhdudiyyətlərin qoyulması iqtisadi və sosial baxımdan məqbul hesab olunmur. Bununla yanaşı, valyuta məhdudiyyətlərinin 20 min dollar həcmində tətbiqi də ölkə iqtisadiyyatına hansısa ciddi mənfi təsir edə bilməz. Onmilyonlarla dolların əldə olunması və ölkədən çıxarılması isə iqtisadi cəhətdən təhlükə kəsb edə bilər”.

Gülşən Şərif

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv