Bu ekspert komissiyasının tərkibi dəyişdi – SİYAHI

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi dəyişib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri Orxan Nəzərli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.

Komissiyanın sədrinin müavini İlkin Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi; Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru;

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru; Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.