“2023-cü ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişiklik edilməsi nəzərdə tutulur”.
Yenicag.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, növbəti il orqan köçürmələri, ürək və damar çatışmazlığı üzrə əməliyyatlar və digər əməliyyatların xidmətlərin zərfinə daxil edilməsi və həmin əməliyyatlar üzrə say limitinin artırılması nəzərdə tutulur.
“Yeni xidmətlər zərfi aidiyyatı qurumlarla razılaşdırılıb və gözləyiri ki, təsdiqlənsin. Hazırda 92 özəl tibb müəssisəsi ilə müqavilə imzalamışıq və xəstələri həmin özəl tibb müəssisələrinə göndəririk”.