Bu ərazidə 7,6 ballıq zəlzələ baş verdi – Xəbərdarlıq edildi

Sakit Okeanın Papua-Yeni Qvineya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-nin Geoloji Araşdırmalar Mərkəzi məlumat verib.

Zəlzələ Kainantu bölgəsində qeydə alınıb. Zəlzələdən sonra Papua-Yeni Qvineya və İndoneziya sahillərində sunami xəbərdarlığı edilib, lakin sonradan xəbərdarlıq ləğv edilib.