Bu ərazidə qaz KƏSİLƏCƏK

“Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 13.09.2022-ci il tarixdə saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 

Yenicag.az xəbər verir ki, təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.