Bu ərazidə qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, fasiləyə səbəb “Sabunçu-əhali” orta təzyiqli qaz xəttinin kipliyə sınaq işlərinin icra olunmasıdır.