Bu ərazidə sərt karantin rejimi ləğv olundu

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub.

Yenicag.az-a xəbər verir ki, ötən gün kənddə əhalinin kütləvi testdən keçirilməsi prosesi başa çatdırılıb.

Bu gündən Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən koronavirusun yayılması təhlükəsi ilə bağlı təcrid olunmuşdu. Qardabanidə indiyədək 71 nəfərdə COVİD-19 aşkarlanıb, 10 nəfər artıq sağalıb. Yoluxma hallarının 42-si Qaracalarda qeydə alınıb./Report/