Bu gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC yayıb.
Məlumata görə, suyun verilişində məhdudiyyətlər olmasına səbəb Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yerinin dəyişdirilməsidir.
Yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.