Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən və xeyli vaxtdır tikintisi dayandırılan binanın söküntüsünə başlanılıb.
Yenicag.az xəbər verir ki, söküntü işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Bildirilib ki, binanın tikintisi 2 il əvvəl dayandırılıb. Belə ki, tikinti zamanı binanın layihədə nəzərdə tutulmayan formada inşa edilməsi müəyyən edilib və məhkəmə qərarı ilə tikinti işləri dayandırılıb.
Bundan başqa bu gün Nərimanov rayonu ərazisində – Ağa Nemətulla küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsində yerləşən və tikintisi dayandırılmış binanın da söküntüsünə başlanılıb.