Bu ərazidəki yanğın söndürüldü

Oğuz rayonunun Calut kəndi yaxınlığında meşəətrafı ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Yenicag.az xəbərr verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.