!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ərazilər nəzarətə götürüldü - İdarə rəisi / FOTO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarəti gücləndirib.

Yenicag.az-ın məlumatına görə, bunu Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 -ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi polkovnik leytenant Rauf Qurbanov deyib.

O bildirib ki, təmsil etdiyi qurum artıq bununla bağlı potensial yanğın ola biləcək əraziləri əvvəlcədən müəyyən edərək həmin əraziləri nəzarətə götürüb:

“Həmin ərazilərdə kiçik qığılcım, siqaret kötüyündən baş verə biləcək yanğınların qarşısının alınması və geniş ərazilərə yayılmasının məhdudlaşdırmaq məqsədilə aidiyyəti icra hakimiyyəti orqanlarının yerli qurumlarının texnika və işçi heyətini cəlb etmək məqsədilə həmin ərazilərdə yağın təhlükəsizlik tədbirləri aparır. Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyi bununla bağlı xüsusi əmrlər və göstərişlər verib. Həmin əmrlər sayəsində ölkə ərazisində yanğınların sayı azalıb. Son vaxtlar havaların anomal isti keçməsi ilə əlaqədar kommunikasiya xətləri keçən ərazilərdə olan quru otlar həmin ərazilərdə yanğın təhlükəsini artıra bilər. Bu məqsədlə də həmin ərazilərdə qabaqlayıcı tədbirlər görülür, ərazilər quru otlardan təmizlənir. Bu da həmin ərazilərdə yanğınların minimuma endirilməsi nə səbəb olur”.

İdarə rəisi bildirib ki, tədbirlər ölkə ərazisini əhatə edir.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv