!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ərazilərdə işıq kəsildi - SƏBƏB

!Reklam – Yazi

Hazırda Ceyranbatan və Bağlar massivində qabaqlayıcı tədbirlər məqsədilə elektrik enerjisi təchizatı dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, qurum baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür:

“Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılır.

Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.

www.yenicag.az

3105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv