Bu ərazilərdə qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlı 08.08.2023-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi” və “Duz Zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Yenicag.az-a “Azəriqaz”dan bildirilib.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində “Kristal-Abşeron” yaşayış kompleksinin, Masazır qəsəbəsinin, Masazır qəsəbəsi ərazisində yerləşən “Accord Gənclər şəhərciyi”nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində “Saray-H” MTK-nın, “Villa Badam” yaşayış kompleksinin, həmçinin Masazır Duz zavodu, “Bəhrə-2010” MMC, “Üzümçülük”, “Qarant İnşaat”, “Zəhmət Ruzi” MMC, Mühəndislər Universiteti, Asfalt zavod, “S.N İnşaat”, “Mətanət A”, Palitra, “Səhyalı”, “Halal Nemət Min Bərəkət”, “İpəkyolu”, “Həsənoğlu”, “Azbentonit” sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.