Bu ərazilərdə qaz olmayacaq

Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlıdır.