Bu ərazilərdə su olmayacaq

Bakı və Abşeronun bəzi hissələrinə su verilişində fasilə yaranacaq.

Yenicag.az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar 25 sentyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də, Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.