Bu gün Babək prospekti boyu ərazilərin bir hissəsinə və Nəcəfqulu Rəfiyev küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, məhdudiyyətlər Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində köhnə xətlərin ləğv edilməsi ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.