Bu ərazilərin geri qaytarılması üçün proses gedir – Xocalılı deputat

“Ermənilər təkcə Xocalını yox, ümumiyyətlə işğal etdikləri bir qarış da torpaqlarımızı qaytarmaq fikrində deyildilər. Ancaq biz torpaqlarımızı işğaldan azad etdik.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O bildirib ki, müəyyən ərazilər var ki, onların geri qaytarılması üçün proses gedir:

“Ağdərə, Xankəndi, Xocalı, Xocavəndin bir hissəsində hələlik erməni silahlı birləşmələri qalmaqda davam edir. Ancaq biz o dediyim ərazilərin hamısını erməni silahlı birləşmələrindən azad edəcəyik. Tam əminliklə deyirəm ki, biz bütün ərazilərimizi azad edəcəyik, doğma yurd-yuvamıza qayıdacağıq. Xocalılar da, Xankəndinin, Xocavəndin, Ağdərənin sakinləri də səbirsizliklə o günü gözləyirlər.

Rəsmi məlumat deyirəm ki, Xocalının Xankəndi – Şuşa istiqamətində olan 11 yaşayış məntəqəsində – Çanaqçı, Sığnaq, Baharlı, Dəmirçilər və s Azərbaycan ordusunun nəzarətindədir, bu ərazilər düşməndən tam təmizlənib.

Eyni zamanda məlumat üçün deyirəm ki, artıq bir həftədən çoxdur ki, Xocalı rayon polis şöbəsinin bir qrup polis işçisi Daxili Qonunlarımızla birlikdə, həmin ərazidə yerləşib və orada asayişi bərpa edirlər. Həmin ərazilərdə xidmət aparırlar.

Hal-hazırda Xocalı düşmən nəzarətindədir. Bizim ora getməyimiz də mümkün deyil. Oranı düşməndən təmizləyəcəyik və gedəcəyik. Bir qarış da olsun ərazimiz düşmən nəzarətində qalmayacaq. Zamana ehtiyac var.

Uzun zamandan söhbət gedə bilməz, söhbət ay söhbətidir. Yəni ki, söhbət Şuşanı, Füzulini və digər bölgələrimizi gözlədiyimiz kimi onillərdən getmir. Bu gün Şuşaya getdiyimiz kimi Xocalıya da gedəcəyik. Bu prosesi 2021-də yaşayacağıq.

Prezidentimiz də bəyan edib ki, təxribat olacaqsa, cavabı da ağır olacaq.”