!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu Ərdoğan düşmənçiliyi nədir?” – Sahib Kərimli yazdı

!Reklam – Yazi

sahib-1-690x450Bütün dünya dövlətləri toplanıb Türkiyənin yanında fantaziyaları zorlayan üsullarla müharibə aparırlar.
İraq və Suriyanı bölüşdürürlər, maraqları insan cildində partlayıb, göylərdə uçuşur. Hamı qışqırır ki, Türkiyə qarışmasın, Ərdoğan diktatordu, başqa ölkənin ərazisinə qoşun yeritməsi düzgün deyil və s. Onlarla aydındı, Türkiyə və türkün ən yumuşaq desək rəqibləridi.

Görəsən Azərbaycan demokratlarına nə düşüb? Bu Ərdoğan düşmənçiliyi nədir? Nəyə hesablanıb? Biz, aparılan prosesi, Ərdoğanı dəstəkləyən bir şey yazanda hücum edirlər. Özləri isə söyür, özü də durmadan. Zamanında Elçibəy türkməndən, uyğurdan danışanda, buna gülüb, qurduğum(n)uz liberal xəyalları reallaşdıra bilmişikmi?

Və ya, həqiqət sağdımı? Qərbin özü-özünə demirmi ki, həqiqət və demokrat vicdanı ölüb? Tramp Hillariyə nələr demir? Ən vicdanlı və ədalətli olan Atatürk Türkiyəsidir. İndi onun lideri Ərdoğandır, söyməyin, tənqid edin. Güclənməkdə olan Türkiyə var, tarixi proseslərdi, zaman qiymətləndirəcək. Hakimiyyətdə də bəzi məmurlar FETÖ – nün fəaliyyətlərinə ən azı göz yumurlar, bu səbəbdən də Türkiyənin fəaliyyətlərini dəstəkləyən fəaliyyətləri yoxdur. Yalnız İlham Əliyevin Ərdoğana açıq dəstək jestləri var ortada. Azərbaycan cəmiyyətini anti-Türkiyə təbliğatına qoşmaq istəyirlər.(avropa.info)

 

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv