Bəzi ərəb ölkələrində Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı matəm elan olunub.
Yenicag.az xarici mediaya istinaədn xəbər verir ki, kraliçanın ölümünə görə İordaniya kralı İkinci abdullahın təlimatı ilə 7 günlük matəm elan olunub.
Bundan başqa, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdə 3 günlük matəm elan edilib.