“Bu, erməni tərəfinin manipulyasiyasıdır” – XİN rəsmisi

“Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb:

“Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”, – deyə Hacızadə bildirib.