!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Ermənistanın Azərbaycan ərazilərində demoqrafik vəziyyəti zorla dəyişmək cəhdidir” – MHP sədri

!Reklam – Yazi

“Həmsədrlər işğalçı ölkə qarşısında beynəlxalq hüququn prinsiplərinə qeydsiz-şərtsiz əməl etmək tələbini qoymalıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın Suriya və Livan ermənilərini Dağlıq Qarabağda qanunsuz məskunlaşdırmaq və onlardan muzdlu döyüşçülər kimi yararlanmaq siyasətinə münasibət bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Əlisahib Hüseynov bildirib ki, işğal edilmiş ərazilərimizi tam özününküləşdirmək məqsədi güdən Ermənistan hökuməti həmin ərazilərdəki demoqrafik boşluğu aradan qaldırmaq üçün Livan və bir sıra başqa ölkələrdə yaşayan erməniləri Qarabağın müxtəlif yaşayış məntəqələrində məskunlaşdırmağı öz prioritetlərindən biri sayır:

“Ermənistanın sabiq prezidentlərinin – Robert Köçəryan və Serj Sarkisyanın dönəmində də buna bənzər cəhdlərin olmasına baxmayaraq, o cəhdlər nəticəsiz qalmışdı. Öz sələflərini “asıb-kəsən” və onların siyasətini daim tənqid edən Ermənistanın baş naziri Nikol Paşinyan indi Köçəryan və Sarkisyanın həmin qeyri-qanuni məskunlaşdırma siyasətini yenidən “diriltməklə” məşğuldur.

Hazırda Ermənistan Livandan olan ermənilərin bizim torpaqlarımıza köçürülməsini fəal şəkildə həyata keçirir. Belə ki, Livandan gətirilən ailələr, muzdlular Əsgəranda, Şuşada, Laçında, Qubadlıda və digər yaşayış məntəqələrimizdə məskunlaşdırılır. Hətta Əsgəranda onlar üçün böyük bir yaşayış massivi də salınmaqdadır.

Əlbəttə, bütün bunlar tamamilə qeyri-qanuni xarakter daşıyır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələyə münasibət bildirərkən Ermənistanın öz ənənəsinə sadiq qalaraq, pz çirkin siyasətini davam etdirdiyini diqqtə çatdırıb.

Zənnimcə, biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu həmsədrlərini təcili surətdə Ermənistanın apardığı qeyri-qanuni məskunlaşdırma siyasətinə münasibət bildirməyə və onları bu prosesi dayandırmaq üçün dərhal hərəkətə keçməyə çağırmalıyıq. Həmsədrlər işğalçı ölkə qarşısında beynəlxalq hüququn prinsiplərinə qeydsiz-şərtsiz əməl etmək tələbini qoymalıdırlar.

Azərbaycan ərazilərində demoqrafik vəziyyəti zorla dəyişdirməyə təşəbbüs göstərmək heç şübhəsiz ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ağlının məhsuludur və buna cinayət məsuliyyətini də ilk növbədə məhz o daşıyır. Müxtəlif beynəlxalq platformalarda, panellərdə etdiyi çıxışlarında, eləcə də, sosial şəbəkə üzərindən həyata keçirdiyi canlı yayımlarda tez-tez sülhdən dəm vuran Paşinyanın Livan və Suriya ermənilərinin, muzdlu qüvvələrin bizim ərazilərimizdə məskunlaşdırılmasına “yaşıl işıq” yandırması onun “sülhpərvər”liyinin dırnaqarası xarakter daşıdığını növbəti dəfə təsdiqləyir”.

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv