Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bu, ərzaq məhsullarını bahalaşdıracaq" - BƏDBİN PROQNOZ

“Rüsumlarla bağlı yeni qərar əhalinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq”.

Yenicag.az xəbər verir ki, bunu rüsumların artırılmasının sosial vəziyyətə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı hesab edir ki, dövlət rüsumlarının artırılması vətəndaşların maddi vəziyyətini daha da çətinləşdirəcək:

“Rüsumların qaldırılması əhaliyə əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq. Belə ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır. Gördündüyü kimi, rüsumların artması əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu indiki dövrdə əhalinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

Dövlət rüsumlarının əsaslandırılmadan kütləvi və yüksək artımları ilə bağlı dəyişikliklər iki ildir ki, əməkhaqqıları artmayan əhalini daha da pis duruma salmağa hesablanıb. Rüsumların artımı həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək. Odur ki, bu dəyişikliklərə hər kəsin etirazı vacibdir. Hökumət isə bu sahədə şəffaflığı təmin etməli, rüsumu qaldırılan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementlərini açıqlamalıdır”.

Gülşən Şərif

www.yenicag.az

513
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100