Aparılan təmir işləri ilə əlaqədar Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Yenicag.az xəbər verir ki, məhdudiyyət bu gecə tətbiq ediləcək.
Hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.