Bu əşyaları hamamda saxlamayın – SİYAHI

Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur.

Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.

Diş fırçası

Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində zərərli mikroblar daha çox yığılır. Bunun səbəbi isti və nəm mühitdir. Belə mühitdə zərərli mikroblar sürətlə artır.

Makiyaj ləvazimatları

Makiyaj ləvazimatlarını hamamda saxlamaq yaxşı bir fikir deyil. Bu halda son istifadə tarixi yetişmədən belə tezliklə xarab olacaqlar.

Ətir

Uzun müddət hamamda qaldığı üçün ən sevdiyiniz ətrinizin qoxusu dəyişə bilər. Həddindən çox istilik və buxar ətirdə dəyişimə səbəb olur.

Təraş bıçaqları

Təraş bıçaqlarını hamamda saxlamaq demək olar ki hər kəsin vərdişidir. Ancaq bu alışqanlığınızdan dərhal vaz keçməlisiniz. Çünki bu, dəri sağlamlığınıza, həm də təraş bıçaqlarının qısa zamanda paslanmasına səbəb olar.