Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Bu, etiket qaydasıdır" - "Qarabağ"dan rəqiblərinə centilmenlik dərsi - FOTO

Reklam: Sinerji Pro

“Qarabağ” başa çatan mövsümü çempion kimi yekunlaşdırsa da, Premyer Liqa klubları Ağdam təmsilçisini bu münasibətlə təbrik etməyib.

Yenicag.az xəbər verir ki, bu məsələdə yalnız “Qəbələ” istisnadır. Əyalət təmsilçisi gec də olsa, ağdamlıları çempionluq münasibətiylə təbrik edib.

Yerdə qalan 6 klub isə centilmenlik etməkdən boyun qaçırıb. Görünən odur ki, “Qarabağ”ın rəsmi “facebook” səhifəsində edilən paylaşım da məhz buna hesablanıb.

“Qarabağ”ın mətbuat xidməti rəqibləri sivil qaydada başa salaraq, onlara söz atıb:

“Qarabağ” Futbol Klubu Premyer Liqada gümüş və bürünc medallar qazanmış “Neftçi” və “Səbail”i bu uğur münasibəti ilə təbrik edir, klublarımıza avrokuboklarda uğurlar arzulayır. Eyni zamanda, “Qarabağ” FK-nı çempionluq münasibətiylə təbrik edən “Qəbələ” İK-ya təşəkkür edir və “Sumqayıt”la ölkə kubokunun finalında güclü olanın qalib olmasını diləyirik“.

Məsələ ilə bağlı Yenicag.az-a danışan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bunun etiket qaydası olduğunu bildirib:

“Bu, etiket qaydasıdır. Uğur, mükafat qazanan komandaları hər zaman təbrik edirlər. Biz də bu qaydalara əsasən, “Neftçi” və “Səbail”i təbrik edib, ölkə kubokunun finalında üz-üzə gələcək komandalara uğurlar arzu etmişik. Düzdür, bizi Premyer Liqa klublarından yalnız “Qəbələ” təbrik edib. Biz də onlara təşəkkür etmişik. Qusarın “Şahdağ” klubu və “Leon” Futbol Akademiyası da sosial şəbəkə vasitəsi ilə “Qarabağ”ı təbrik ediblər, biz də minnətdarlığımızı bildirmişik”.

Emin Səfərov

www.yenicag.az

1975