Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin ölkəyə və xalqına qarşı sanksiyalarını faşizm adlandırıb.
Yenicag.az xəbər verir ki, Lukaşenko bunu Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində tələbələrlə görüşdə deyib. “Bu, faşizmdir”, – deyə o bildirib.
Lukaşenkonun sözlərinə görə, Qərb şəxsən ona, necə deyərlər, diktatora qarşı deyil, bütün belaruslara, o cümlədən tələbələrə, onların valideynlərinə, yaxınlarına qarşı sanksiyalar tətbiq edib.
İsmayıl Bakuvi