Niderland millisi 118 illik tarixində antirekord müəyyənləşdirib.
Yenicag.az “MisterChip”ə istinadən xəbər verir ki, bu, Xorvatiya komandasına əlavə vaxtda 2:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının yarımfinal matçına təsadüf edib.
“Narıncılar” ilk dəfə öz meydanlarında rəsmi oyunda dörd qol buraxıblar.
Qeyd edək ki, “Dördlər finalı” Niderlandda təşkil olunur. Bu gün digər yarımfinal görüşündə İtaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Final qarşılaşması iyunun 18-də gerçəkləşəcək.