Bu futbolçu 6 ay müddətinə futboldan uzaqlaşdırıldı

Mərakeş çempionatında “Difaa” ilə oyunda hakimə qarşı nalayiq hərəkət edən “Olimpik Xuribqa” klubunun futbolçusu Tumisanq Orebone 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Yenicag.az xəbər verir ki, 26 yaşlı hücumçunun XI turda baş tutan qarşılaşmanın 89-cu dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra baş hakimin üzünə tüpürdüyü videogörüntülərə düşüb.

Hadisəni araşdıran İntizam Komitəsi Oreboneni yarım illik diskvalifikasiya edib. Həmçinin klubu təxminən 900 avro məbləğində cərimələnib.

Qeyd edək ki, oyun “Difaa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.