Bu gecə səmada QANLI AY OLACAQ

Bu gecə nadir astronomik hadisələrdən biri – “Qanlı Ay” baş verəcək.

Yenicag.az xəbər verir ki, təxminən iki il yarımdan sonra Ay yenidən qırmızı rəngə bürünəcək.

Məlumata görə, “Qanlı Ay” elmi termin olmasa da, tam Ay tutulması zamanı peykimizin qırmızı rəngə boyanmasını təsvir etmək üçün istifadə olunur.

Ay tutulması zamanı Dünya Günəş işığını kəsərək onun kölgəsini Aydakı səthə salır. Lakin atmosferdəki qazlar işığı müəyyən dərəcədə süzərək qırılma və saçılma effektini yaradır. Qısa mavi dalğa boyları atmosferdə daha çox yayıldığından, Ayın səthinə əsasən uzun dalğa boylu qırmızı və narıncı işıq çatır. Bu səbəbdən Ay tutulması zamanı peykimiz qırmızı və ya pas rəngində görünür.

Eyni nöqtədə on il ərzində dörd-beş tam Ay tutulması müşahidə edilə bilər. Lakin ardıcıl dörd tam tutulmanın baş verməsi olduqca nadir rast gəlinən hadisədir. Bu gecə baş verəcək “Qanlı Ay” fenomeni astronomiya həvəskarları üçün unikal müşahidə imkanı yaradacaq./bakivaxti.az