Bu görüntülərə görə 7 milyon izləyicisi olan bloqerə cinayət işi AÇILDI – VİDEO

Rusiya İstintaq Komitəsi bloqer Sergey Kosenkoya qarşı cinayət işi açıb.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.  İstintaq Komitəsinin rəhbəri körpəni qarın içinə atan və videonu sosial şəbəkələrdə yayımlayan bloqer Sergey Kosenkoya qarşı işin açılmasını əmr edib.

Dövlət Dumasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Nina Ostanina blogerin körpəni qarın içinə atdığı videoya görə İstintaq Komitəsi ilə əlaqə saxlayıb.

Belə ki, yanvarın 7-də Sergey Kosenkonun İnstaqram səhifəsində qarın üzərinə atılan uşağın videosu yayımlanıb. Bir gün ərzində nəşrin altında 10 mindən çox şərh yaranıb. Əksər istifadəçilər bloqeri belə hərəkətinə görə tənqid ediblər.

Bundan sonra Sergey Kosenko videonun altına belə yazıb: “Həqiqətən kimsə öz oğlumu qarın içinə atacağıma inanıb?”.

Bloqer hekayəsində çəkilişdə guya oyuncaqdan istifadə etdiyini bildirib.

Bu məlumat izləyicilər tərəfindən qəbul edilməyib. Onlar bunun “kukla” olduğuna inanmayıblar.

“Sergey Kosenko gözləri açılan bir kukla atsa belə, abunəçilərinə adamyeyən davranış modeli təklif etdiyi açıq-aydın görünür.

Mən Kosenkonun hərəkətini təkcə əxlaqsızlıq deyil, həm də cinayət hesab edirəm və müvafiq bəyanatla Rusiya İstintaq Komitəsi ilə əlaqə saxlamışam”, – Ostanina vurğulayıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina da Sergey Kosenkonun paylaşımına diqqət çəkib.

“İki sual yaranır. Birincisi, uşağın sağlamlığı və təhlükəsizliyidir. İkincisi, aydın şəkildə səhnələşdirilmiş videodur. Bunu kim ağlına gətiribsə, bununla ümumbəşəri dəyərlərə hücum etdiyini və uşaqlara hörmətlə yanaşmaq ideallarını məhv etdiyini başa düşməyib.

Son zamanlar məzmun yaradıcıları izləyicilər qarşısında məsuliyyət barədə düşünmədən, reklam naminə hər şeyi etməyə hazırdırlar”, – Mizulina deyib.

O qeyd edib ki, Sergey Kosenko öz videosu ilə “hamıya, o cümlədən vergi orqanlarına varlığını xatırladıb”.

Qeyd edək ki, Sergey Kosenkonun 36 yaşı var. Onun Instagram profilinin 6,9 milyondan çox izləyicisi var.

Xuraman Etibarlı

COP29