!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün 1 şəhər, 7 qəsəbə qazsız qalacaq

!Reklam – Yazi

Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azəriqaz İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Fasilə daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədardır.Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı Azəriqaz İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.yenicag.az

3762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv