Bu gün Avropa İttifaqında (Aİ) Avropa Parlamentinə seçkilərdə səsvermənin əsas mərhələsi keçiriləcək.
Yenicag.az-ın məlumatına görə, Avropa İttifaqına daxil olan 7 ölkənin (Niderland, Böyük Britaniya, İrlandiya, Çexiya, Slovakiya, Latviya və Malta) vətəndaşları 23-25 may tarixlərində artıq səs veriblər.
Bu gün səsvermə digər 21 ölkədə keçiriləcək. Səsvermənin nəticələri mayın 26-sı axşam saatlarında elan ediləcək.
Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə təyin edilib. Ən çox deputat mandatı Almaniyada – 96, ən az isə Kipr, Malta və Lüksemburqdadır – 6./Trend/