!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Aşura günüdür

!Reklam – Yazi

asurameclisiBu gün Azərbaycanda Aşura günü kimi qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u – Aşura günü oktyabrın 12-nə təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq.

Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:

Yasamal rayonu – “Təzəpir” və “Hacı Soltanəli” məscidləri;
Səbail rayonu – “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri;
Suraxanı rayonu – “Qaraçuxur” qəsəbə məscidi;
Xəzər rayonu – “Mirmövsüm ağa” ziyarətgah-məscidi;
Nizami rayonu – “Keşlə” qəsəbə məscidi;
Nəsimi rayonu – “Əjdərbəy” məscidi;
Sumqayıt şəhəri – “Cümə” məscidi;
Gəncə şəhəri – “İmamzadə” ziyarətgah-məscidi;
Mingəçevir şəhəri – “Heydər” məscidi;
Şəki şəhəri – “Сümə” məscidi;
Lənkəran şəhəri – “Böyük Bazar” məscidi;
Bərdə şəhəri – “Cümə” məscidi.

Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb.

 

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv