Bu gün Bakı vaxtilə 20:27-də…

Bu gün Azərbaycana qış fəsli daxil olacaq.

Yenicag.az xəbər verir ki, qış ölkəmizə bu gün, yəni dekabrın 21-də Bakı vaxtı ilə saat 20:27:54-də qədəm qoyacaq. Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq. Gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə sürəcək.

Həmin müddətdə cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq.