!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Bakıda TANAP-la bağlı kredit sazişi imzalanacaq

!Reklam – Yazi

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon) Azərbaycana səfəri başlayıb. “Report” xəbər ki, M.Tembonun səfəri sabah bitəcək.

Bank rəsmisi Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə müvafiq sazişi imzalamaq üçün Bakıya gəlib.

Hökumətdəki mənbələrdən isə “Report”a bildirilib ki, saziş bu gün imzalanacaq. Sənədi WB tərəfindən M.Tembon, Azərbaycan tərəfindən “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayacaqlar.

Qeyd edək ki, 2016-cı il dekabrın 20-də Dünya Bankı Direktorlar Şurasının qərarı ilə TANAP-a 800 mln. dollarlıq kredit ayrılıb və bunun 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC (SGC), digər 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin BOTAŞ şirkəti alacaq.

Xatırladaq ki, WB-nin Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA – Multilateral Investment Guarantee Agency) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanətini təsdiq edib. MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək.

Yenicag.Az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv