Bu gün Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Günüdür

Fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Günü kimi qeyd olunur.

Yenicag.az xəbər verir ki, bu tarixi gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan “EURORDİS” təşkilatının təşəbbüsü ilə keçirilir. Bu gün üçün fevralın 29-u tarixinin seçilməsi də təsadüfi deyil. Çünki 29 fevral gününün özü də nadirdir, yəni 4 ildən bir olur. Başqa illərdə bu günü fevralın son günündə qeyd edirlər

Hazırda dünyada nadir hallarda rast gəlinən 5 mindən çox xəstəlik var. Düzgün və vaxtında aparılan müayinə və müalicə nəticəsində belə xəstəliyə tutulanların ömrünün uzadılmasına nail olmaq mümkündür. Qeyd edək ki, bu cür xəstəliklərin 70 faizindən çoxu irsi deyil.

COP29