!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu gün Beynəlxalq Olimpiya günüdür

!Reklam – Yazi

Bu gün – 23 iyun dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd edilir.

Yenicag.az xəbər verir ki, 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndələrinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış etmişdir.

Sonra konqres müasir tarixdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul etmişdir. Bu olimpiada 1896-cı ildə Afinada keçirilmişdir: 13 ölkənin 311 atleti olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparmışdır. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci dünya müharibəsi dövrü istisna təşkil edir.

O zaman 1894-cü ildə olimpiya hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi (İOC) adlandırıldı və indi də belə adlanır.

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçin paytaxtı Stokholmdakı 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürdü.

İlk əlamətdar gün 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha geniş miqsayda və bütün milli olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin il Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Azərbaycanda Milli Olimpiya Komitəsi isə 1992-ci ildə yaradılıb. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunmuşdur. Ən çox iştirakçı cəlb etməklə yüngül atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter almışdır. Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: “Olimpiya hərəkatının məqsədi gəncləri idmanın köməyi İlə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə ,daha yaxşı və daha firavan dünya yaratmağa kömək göstərməkdir”.

 

 

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv