Bu gün bəzi rayonlarda qaz olmayacaq

6r6JNZQWDr34“Azəriqaz” məlumat yaydı.

Bu gün Bakının Xətai və Abşeron rayonlarında, həmçinin Mingəçevir şəhərində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-dən Editor.az-a bildirilib.

“Qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 23-də saat 10:00-dan 15:00-dək Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində, saat 09:00-dan 18:00 dək isə Mingəçevir şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq” – deyə, qurumdan qeyd edilib.