Bu gün Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş olacaq.

Yenicag.az xəbər verir ki, ikili görüşün Bakı vaxtı ilə saat 11:00-da başlaması gözlənilir.

Bakı vaxtı ilə saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.