Bu gün bu ərazidə su olmayacaq

Bu gün Xətai rayonunun bir hissəsidə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

COP29