Bu gün bu ərazilərdə su olmayacaq

Bu gün Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, həmin ərazilərdə içməli suyun verilməsində yaranacaq problem Sabunçu rayonunda yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.